Sadələşdirilmiş vergi , ƏDV-yə edilən dəyişikliklər (2016)

1) Sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmaq və ya ƏDV ödəyicisi üçün qeydiyyata durma öhdəliyi yaradan vergi tutulan əməliyyatların həcmi 120 000 manatdan 200 000 manatadək artırılır.

2) Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövrüyyə 200 000 manatdan keçdiyi halda ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi qalma hüququ verilir.  

3) Daşınmaz əmlak satışından ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulur. Vergini notarius hesablayıb tutur və ödəyir. Vergi yaşayış sahəsi üçün aşağıdakı şəkildə hesablanır:

Vergi = Sahə * Zona əmsalı * 15AZN

Qeyri-yaşayış sahəsinin vergisi hesablanarkən yuxarıdakı hesablamanın nəticəsi 1.5-ə vurulur.

Verginin hesablanmadığı hallar da var. Məsələn , fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi bu vergidən azaddır.

4)Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilmişdir:

a) Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda vergi yaşayış sahəsi üçün aşağıdakı şəkildə hesablanır:

Vergi = Sahə*Zona əmsalı*45AZN

Qeyri-yaşayış sahəsinin vergisi hesablanarkən yuxarıdakı hesablamanın nəticəsi 1.5-ə vurulur.

Vergi 10 rüb ərzində hər ay bərabər hissələrlə ödənməlidir.

b) Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV, təqdim etmədən əldə edilən gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *